Azərbaycan 2023-cü ildə taekvondo üzrə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək.
Ednews xəbər verir ki, bununla bağlı qərar Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun da iştirak etdiyi Ümumdünya Taekvondo Federasiyasının İcraiyyə Komitəsinin iclasında verilib.
Mundial üçün 3 ölkə namizədliyini versə də, son anda Bolqarıstan geri çəkilib. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Səsvermə nəticəsində bu hüquq ilk dəfə ölkəmizə verilib.
2023-cü ildə paytaxtımızda keçiriləcək yarış may ayının sonuna planlaşdırılır.