Ötən gün Sumqayıtda mənzildən qadın meyidi tapılıb.
Sumqayıt şəhər prokurorluğundan Ednews-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü Ayşən Bayramova mayın 8-də Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülüb.
Bildirilir ki, aparılmış araşdırmalarla A.Bayramovanı tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
X.Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.