"Azərbaycanda potensial iş yeri yaradan sahələr tikinti, xidmət sahəsi, turizm, kənd təsərrüfatı və informasiya texnologiyalarıdır. Amma, problemlərin birdəfəlik və kökündən həlli, imkan pəncərələrinin açılması, kütləvi iş yerlərinin yaranması üçün dövlət birmənalı bizneslə məşğul olmaqdan kənarda dayanıb, yalnız və yalnız tənzimləyici, nizamlayıcı və nəzarətçi rolunda olmalıdır"
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev səsləndirib.
Millət vəkili kütləvi iş yerlərinn yaradılması üçün rəsmi və qeyri-rəsmi qadağaların aradan götürülməsini təlif edib.
"Niyə Azərbaycanda rəsmi milyoner və milyarderlər yoxdur? Onlarla var, amma gizlənir, çünki, qorxur. Biz bu yolu açmalıyıq, ancaq və ancaq ölkəyə qaytarılan və sərmayə şəklində yatırılan vəsaitlər üçün maliyyə amnistiyası qəbul etməliyik ki, kütləvi iş yerləri yaransın. Bunun üçün ən yaxşı zamandır, onsuz da xaricdə də pul saxlamaq artıq təhlükəlidir, ya bir gün tutub əlindən alacaqlar, ya da sanksiya qoyub donduracaqlar".