Rusiyada Rumıniya səfirliyinin 10 əməkdaşı arzuolunmaz şəxs elan edilib.
Ednews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bununla əlaqədar Rumıniya səfiri Kristian İstrate XİN-ə çağırılıb və bildirilib ki, bu addım Rumıniya tərəfinin atdığı analoji addıma cavab olaraq atılıb.
Qeyd edək ki, Rumıniya hökuməti aprelin 5-də 10 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul etmişdi.