"Rey baba Azərbaycanda İLK ƏSGƏR oldu" Aydın Canıyev Rey Kərimoğludan YAZDI

Cəmiyyət 14:07 17.05.2022
Tanınmış jurnalist Aydın Canıyev Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun 55 illik yubileyi münasibətilə onunla bağlı xatirələrini qələmə alıb. 
 
Ednews xəbər verir ki, yazar bu barədə Facebook səhifəsində paylaşım edib. O, Rey Kərimoğlu haqqında yazdığı fikirlərdə onun ölkə qarşısında göstərdiyi xidmətləri və hər zaman nümunəvi vətəndaş olduğunu da qeyd edib. 
 
“Sabahın xeyir, Rey baba!
 
And olsun bu dəqiqə Lənkəranda (03.57) səslənən azan sahibinin böyüklüyünə və azan cümlələrinin müqəddəsliyinə ki:
 
Hər dəfə Rey Kərimoğlu adı gələndə də, gəlməyəndə də, yada düşəndə də, düşməyəndə də, beynimdə bir fikir olub Rey baba haqqında:
 
- Biz Rey Kərimoğluna görə ona tuşlanıb açılan güllələrin, atılan mərmilərin sayı qədər özümüzü ölümün ağzına atmalıyıq! Ki... ürəyimiz soyusun! Borcundan çıxaq yox e! Rey baba biriləri və başqaları kimi bizi borclu çıxarsın deyə döyüşməmişdi ki! O... bu vətənin bütünü üçün Ağdamdan başlamışdı döyüşməyə!
 
Başlamışdı və... əsgərlik yaşı çatanda hərbi komissar utanmışdı: Rey baba artıq hərbiyə yararsız hala düşmüşdü döyüşdə aldığı yaralardan və kontuziyadan! Rey baba ona çağırış vərəqəsi gələnəcən özünü fəda etmişdi!
 
Sadəcə, rəsmiyyət xatirinə, çağırış vərəqinə imza atdırmışdılar!
 
Bu olub 37 il qabaq!
 
Sonra... sonra, yəni 1995-ci ildə ermənilərin Rey babanı, soydaşlarını doğram-doğram etməsindən sonra, Rey baba özü özünü doğramışdı – Milli Məclisdə!
 
Qazi və şəhid yoldaşlarının tapdanan haqqına görə!
 
Sonra... Azərbaycanda İLK ƏSGƏR oldu Rey baba... toyu Azərbaycanın dövlət himni ilə başladı!
 
Sonra... sonra, yəni Rey baba - əvvəl bu vətəni düşməndən qorumaq, sonra işğalda olan torpaqlarını azad etmək savaşında uduzduğu kimi, müstəqil Azərbaycanın döyüşçü-qazi və sıravi vətəndaşı kimi də uduzduruldu!
 
Bu dözülməz və ağır dərdlərin altından çıxmağı yenə də heç kimə etibar edə bilmədi: ürəyini partlamağa, canını iflic olmağa qoymadı - nə əlinə gətirə bildisə, dava-dərmana verdi! Azərbaycanı qalib görmək naminə!
 
İndi... Rey babanın vuruşduğu o yerlərdə düşmənin atıb hədəfinə dəyməyən güllələri əriyib-itib, qurban apara bilməyən mərmilər-minalar o torpaqlarda pas atıb, o yerlərdəki döyüşlərin isə özünün şərəfi, ləyaqəti də tapdanıb, o ilk fədakar və şəhid olmuş əsgərlər-zabitlər, hətta Ali Baş Komandan belə “məğlub Azərbaycan ordusu” yarlığı ilə damğalanıb!
 
Qabağımıza “islahatçı komanda” ilə bərabər, “islahatçı qalib” ordu ilə çıxırlar: üstündə və boynunda “Tərtər işi” boyda faciə olan Ordu ilə!
 
Rey baba haqqında bir yazı yazmışam – harda itib bilmirəm!
 
Rey baba o qanlı-qadalı, arxasız-dayaqsız, vicdana və qeyrətə bələnmiş döyüşlərdən kitab da yazıb, mənə də vermişdi: bilmirəm, kirayə qaldığım hansı evdə qaldı, hansı “dönəm qadını” vərəqlərinə süzmə-şor, turşu badımcan bükdü, bəlkə də ata evində Rəisə - XANIMGƏLİN harda qoyub, unudub yerini, bilmirəm, amma o kitabı mənə vermişd Rey baba!
 
Bax, bu məqamları onçun vurğuladım ki, anlada bilim: biz Rey babanı əsgər və döyüş yoldaşları ilə birgə beləcənə orda-burda itirdik, unutduq yerini!
 
Amma mən ürəyimin başında gəzdirirəm, saxlayıram, qanımdan keçir Rey baba - ürəyinin içində gizləndiyim Rey baba!
 
Ürəyinin başından öpürəm hər dəfə ürəyinin içində məni görəndə Rey baba!”
 
Vaqif Canıyev yazısında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevdən də söz açıb. O, U.Mirzəyevin Rey Kərimoğlunun həyatında oynadığı mühüm roldan, onun dəstəyindən də bəhs edib.
 
“Ən kövrək baxışıma, ən həzin görüntümə, ən həssas davranışıma-hərəkətimə belə diqqətli olan Rey baba... Ağsaqqal başqan həmkarımız Ümid Mirzəyevin dəvəti ilə BAMF-ın ofisində məni görəndə... bir ştrixə fikir vermişdi! Vəli Əkbərin dostlardan xahiş edib bağışlatdırdığı noutbukla yazı yazmağa başlayanda, personal kompüter klaviaturasını da noutbuka qoşmağımı görüb gülümsədi:
 
- Allah sənə kömək olsun, dünya getdikcə noutbuku daha da modernləşdirir, sən hələ bir PK klaviaturası da qoşursan!
 
Mən onsuz da türmə həyatı zamanı zəifləmiş gözlərimlə baxıb, əbədi vibrasiyada olan kobud əllərimi göstərmədim!
 
Amma Rey babanın diqqəti Ümid abinin qəyyumluq missiyasına startından sonra həddən artıq ehtizazlı idi! – onda azadlıqda olsam da, 10 milyonluq Azərbaycanın 4 milyonluq paytaxtında bir kimsə yox idi cəmiyyətə adaptasiya olmaq üçün, reabilitasiya olunmağıma yardım etməyə kimsədə cəsarət yox idi!
 
Bir Vəli Əkbər var idi!
 
Bir Ümid Mirzəyev var idi!
 
Bir Rey Kərimoğlu var idi!
 
Kimsə mənə çatdırdı ki... Ümid Mirzəyev hətta Prezident Aparatının şöbə müdirinə məni harasa rəsmi işə götürtdürməyin, ev növbəsinə salmağın doğruluğuna inandırmaq üçün bir neçə dəfə cəhd etmişdi! Ki... şərlənib həbs olunmağım kompensasiya olunsun!
 
Bu faktı biləndə Ümid Mirzəyevə zəng edib demişdim: nəticəsindən asılı olmayaraq, bu cəsarətiniz və təəssübkeşliyiniz sevgilər və səcdələrlə dəyərləndirilir!
 
Rey baba da özü... rəsmi dairələrin çox nüfuzlu bir nümayəndəsinə... mənim də adımı ev siyahısına salmağın zəruriliyindən, hətta heç bir harda iş verilməsə də, ali məktəblərdə jurnalist sənətkarlığından, mətbuatda dövlətçilik ənənələrinin təbliği mövzusunda mühazirələrə cəlb edilib, ayda 500 dollar ayrılmasından bəhs edən yazı da yazmışdı!
 
Eyni fikri Rey babaya da zəng demişəm: nəticədən asılı olmayaraq...
 
Bu yazı və bu fikirlər Rey babanın borcundan çıxmaq əvəzi yazılmır – bu təbrikdir! Yazını hələ yazacam – 55 yaşa arzumu oxuyanda biləcəksiniz haçan...
 
Sadəcə anlatmaq istədiyim budur: dövlət qarşısında xidməti olanlar, bu vətən üçün döyüşənlər... İnsan və Həmkar dəyərini bilir, kimlərinsə narazı qalacağını veclərinə almır!
 
İstər bu gün 55 yaşına yazı yazdığım Rey baba olsun, istərsə də hər zaman jurnalistikada başqan statuslu Ağsaqqal Ümid Mirzəyev!
 
Təbii ki... həm onda, həm də sonrakı dəvətlərində Ümid Mirzəyevin yanında işləmədim: adam öz ailə büdcəsindən kəsib maaş verəcəkdi! Mən bunu bilirdim! Ehtiyac içində olsam da, vicdanım ehtiyaclarımın təpkisinə uduzmadı: Ümid Mirzəyevi ümid bilən o qədər imkansız var ki! Əlim-ayağım yerində, ailə-məişət qayğılarım digərlərindən fərqli! Bir özüm idim, bir təkləndiyim cəmiyyət – bir-birimizlə dil tapıb, bir-birimizi razı salıb bu günə çatdıq!
 
Amma Vəli Əkbər var idi!
 
Amma Ümid Mirzəyev var idi!
 
Amma Rey baba var idi: döyüşçü pensiyası kartına pul yatırılan kimi bir bəhanəylə məni hardansa tapıb, zor-xoş cibimə o döyüşçü pensiyasının 20 manatını qoyurdu! Amma Rey babanın özünün dərmanlarına pul çatmırdı!
 
“Rey baba!” – Rey hələ ata olmamışdan iş yoldaşlarının, döyüşçü dostlarının bu titulla şərəfləndirdiyi bir Hərbi Sığınacaq Fatehi! Daha çox qız arkadaşların-həmkarların onu belə çağırdğına şahid olmuşam: doğrudan da, bizim qız-gəlinlərimiz, evimizdəki ana-bacılarımız, qızlarımız üçün Rey Kərimoğlu həyatlarını etibar edəcəyimiz qədər baba insandır!
 
Rey Kərimoğlu az döyüşçülərdəndir ki, olduğu döyüş anlarını və tumunu yazıya ala bilər, vətənpərvərlik və qazilik anlamında cahanşümul duyğu sömürüsü yapa bilər, lap belə istəsə, qəşəngcə helikopterlə qalxıb öz xidmətləri üstündə havadan adamın başına peşova da gedər!
 
Amma Rey babaya... sadəcə xatirələrini yazıb kitab halına salmaq üçün day kimlər qalmadı minnətçi düşsün!
 
Mən o kitabdan yazı yazmadım!
 
Mən o kitabdakı cümlələrə çevrilən yaşam dönəmində Bakıda dərsdən çıxan qızı evlərinə ötürürdüm!
 
Mən o kitabdakı cümlələrə çevrilən yaşam dönəmində dörd yerdə işləyib gündə dörd dəfə yeyib-içirdim!
 
O dövrdə bütün tələbə yoldaşlarım və yaşıdlarım kimi!
 
Rey bizim əvəzimizə döyüşüb baba olmağa doğru gedirdi!
 
Biz isə oxuyub, işləyib, qız sevib şellənirdik!
 
O kitabdan yazı yazmaq günahdır!
 
O kitabı oxuyub... Rey baba üçün ölümə qaça-qaça, gülləyə uça-uça cummaq lazımdır!
 
Rey baba... bizim rahat yatdığımız gecələrin döyüşçüsüdür!
 
Rey baba... bizim sevdiklərimizi, əzizlərimizi, balalarımızı rahat öpüb-qucaqlamaq üçün sağlamlığını itirmiş sipərimizdir!
 
Və... nə yaxşı ki, bu gün Rey baba ATAdır: Qayanın atası!
 
Mənəvi babalıqla qoşalaşmağa bioloji babalıq bir-birinə doğru yol gəlir!
 
Hədsiz sevinirəm!
 
SÖZARASI: Daha bir ağdamlıdan misal gətirəcəm – Ənvər Apariya oğlu Əmrahovdan! Mənim əsgərlik yoldaşımdır! “Vəhşi beşlik”də ataman olanlardan biri. 1996-cı ildə onu təsadüfən Bakıda gördüm – ən ucqar kənd sayılan Quzanlısı nəinki qorunmuşdu, hətta Ağdamın paytaxtına çevrilmişdi! İlk təsəlli buydu, qalanı... ürək ağrıdırdı!
 
Atəşkəs dönəmi olduğundan döyüş də dayanmışdı və Ənvər subay olduğunu deyəndə, elə bir ağıza qayıtdım ki, evlən, bir-iki oğlun olsun! Bu vətən üçün döyüşən oğullar elə sənin kimi ataların oğulları olacaq – gördüklərimiz ortada! Ənvərin iki oğlu və həm də ikisinin də tələbə olmağına sevinirəm. Onların böyüməyi bəs etdi... Allah da, dünya da, düşmən də gördü ki, Ağdamda Ənvərin oğlanları böyüyür, Rey babanın oğlu da onlara qoşulur!
 
Belə ataların oğulları layiq deyil kimsələr onlara “məğlub Azərbaycan ordusunun əsgərlərinin övladları” desin! Çünki onlar vuruşub məğlub olmasaydılar, bugünkü 44 günlük savaş Zəfərlə bitməzdi!
 
Oğul atası olmaq Rey babaya, Ənvər kimi oğullara yaraşır! Yoxsa ki...
 
Elə bunu demək istəyirdim Rey babanın 55 yaşında – bura qədər olan təfərrüat idi!
 
Gerisi... yenə də... Azərbaycan Ordusunun hələ də qalib olmamasıdır!
 
Rey baba, sənin hamının sərbəst getməyi üçün uğrunda vuruşduğun Ağdama, Şuşaya səni neçə dəfə aparıblar?
 
55 yaşda Rey babaya verilən sual budur!
 
Baba olanda nəvələrin qalib Azərbaycanın vətəndaşı olsun! - arzu budur 55 yaşına: söz verirəm, həmin gün Səndən və Sənə layiq olan yazını yazacam!
 
Sabahın xeyir, Rey baba!
 
p.s. yazını məhz ad gününə söz vermişdim! Başım axmaq-axmaq işlərə qarışdı – eynən Rey baba düşmənlərlə döyüşəndə olduğu kimi!
 
Bağışla, ürəyimin başındakı Rey baba ürəyinin içində gizlənən Aydını!”
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Həsən Ənvərinin Güney Azərbaycan və İranda türklərin dilinin kökü ilə bağlı səsləndirdiyi sərsəm fikirlərə cavab
10:23 11.05.2025
Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
Hamısı