Bakıda daha bir beynəlxalq konfrans keçirilir - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Bakıda daha bir beynəlxalq konfrans keçirilir

Cəmiyyət A- A A+
Bakıda G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfrans keçirilir.
 
Ednews xəbər verir ki, tədbirin təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forum Assosiasiyası və ABŞ Stirling Fondudur.
 
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təsisçi direktoru U.Koul Durham (ABŞ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digər rəsmi şəxslər iştirak edirlər.
 
Tədbir açılış mərasimindən sonra 3 panel üzrə sessiya ilə davam edəcək.
 
Panellər müzakirə və sual-cavab sessiyası ilə yekunlaşacaq.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...