Azərbaycanda rəsmi səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forerin başçılıq etdiyi nümayəndə heyəti bu gün Qubaya səfər edib.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, Dağ yəhudilərinin Qubada kompakt yaşadığı Qırmızı Qəsəbəyə gələn israilli nazir və qonaqlar Quba İH başçısı Ziyəddin Əliyevlə birgə Dağ yəhudilərinin mədəni irs mərkəzinə və sineqoqlara baş çəkiblər.
O.Forerə Qırmızı Qəsəbədəki mədəniyyət abidələri və dini məbədlər haqqında dolğun məlumat verilib.