Xəbər verdiyimiz kimi Cəlilabad və Yardımlı rayonlarında yerləşən köhnə qəbiristanlıqlarda aparılan monitorinq zamanı daş qoç və daş buğa fiqurları aşkar edilib. Monitorinqi Dövlət Xidmətinin Salyan Regional İdarəsinin mütəxəssisləri aparıb. Onlar qeyd ediblər ki, “Azərbaycan ərazisində ilk dəfədir ki, daş buğa fiquru aşkar olunur”.
Tarixçi-arxeoloq alim Fariz Xəlilli iddia edir ki, tapılan fiqur buğa fiquru deyil. Arxeoloq Ednews-a açıqlama zamanı belə epiqrafiq abidələr haqqında ətraflı məlumat verib.
“O buğa fiquru deyil. Bildiyimiz qoç heykəllərindən biridir. Mətbuatda bu haqda xəbərlər “ilk dəfə” adı ilə altında tirajlanır. Bu tamamilə yanlış məlumatdır. O, Ağqoyunlu-Qaraqoyunlu dövlətinin xüsusi simvoludur. Həmin dövrdə qoç fiqurları dövlətin sərhədləri daxilində düzülüb. Azərbaycan, Türkiyyə, iran, Ermənistan, İraqda hər yerdə var. Bunlar qəbirdaşlarıdır. Belə işləri həvəskar yox, mütəxəssis araşdırmalıdır. Hər kəsə səhv məlumat vermək olmaz. Elə hazırda Pənahəli xanın imarətinin qarşısındayam. Burada da var”.
Ləman Abbaslı