DİN-dən Dendrologiya İnstitutunun direktorunun ölümü ilə bağlı AÇIQLAMA - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

DİN-dən Dendrologiya İnstitutunun direktorunun ölümü ilə bağlı AÇIQLAMA

Cəmiyyət A- A A+
Daxili İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli ölümü ilə bağlı məlumat yayıb. 
 
DİN-dən Ednews-a verilən məlumata görə, mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S.Eyvazovun idarə etdiyi “VAZ-2121” və R.Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub, nəticədə S.Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurub. 
 
T.Məmmədov hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...