Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək cəhdi oldu - FOTO - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək cəhdi oldu - FOTO

Cəmiyyət A- A A+

Ədliyyə nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Ednews xəbər verir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramil Akif oğlu Təhməzov müəssisəyə qəbul olunarkən onun üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman belindəki yaranın sarğısının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,794 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...