Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası başlayıb.
Ednews xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.
Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir. Bugünkü iclasda bununla bağlı sonuncu müzakirələr aparılacaq. İndiyə qədər komissiya 500-dən çox müraciətə baxıb.
*09:39
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.
Ednews xəbər verir ki, iclasda komissiyaya daxil olan bütün müraciətlərə baxılaraq sonlandırılacaq.
Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
İndiyə qədər komissiya 500-dən çox müraciətə baxıb.