“Türkdilli ölkələrin beyin mərkəzlərinin iclası Şuşada keçiriləcək”.
Ednews xəbər verir ki, bu barədə Qazaxıstan-Azərbaycan arasında diplomatik münasibətlərinin 30-cu il dönümü ilə bağlı təşkil olunmuş dəyirmi masada çıxışı zamanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyib.
“İclas iyulun 3-də baş tutacaq” – deyə sədr qeyd edib.