Milli Məclisdə 6 layihə qəbul edilmədi - SİYAHI - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Milli Məclisdə 6 layihə qəbul edilmədi - SİYAHI

Cəmiyyət A- A A+
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib.
 
Ednews xəbər verir ki, parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq:
 
- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
 
- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
 
- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
 
- “Ali təhsil haqqında” qanun layihəsi;
 
- “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
 
İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi də yaz sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılmayacaq.
 
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...