May ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənildi - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

May ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənildi

Cəmiyyət A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

ƏƏSMN-dən Ednews-a verilən məlumata görə, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

"Beləliklə, may ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. Mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 13-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib", - nazirlikdən vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...