Aşağı Güzdək avtomobil yolu yenidən qurulur - VİDEO - FOTOLAR - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Aşağı Güzdək avtomobil yolu yenidən qurulur - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 18-ci km-dən ayrılan və 3.8 km uzunluğa malik torpaq örtüklü Aşağı Güzdək avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yenidənqurma işlərinə başlanılıb.
 
AAYDA-dan Ednews-a verilən məlumata görə, avtomobil yolu 2 hərəkət zolaqlı və 10 metr enində olmaqla yenidən qurulur.
 
Məlumata görə, yolun böyük hissəsi torpaq, bir hissəsi isə deformasiyaya uğramış asfalt örtüyündən ibarət idi.
 
Yenidənqurma işləri çərçivəsində örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağının və yol əsasının inşası aparılıb. Yolboyu zəruri yerlərdə piyada səkiləri inşa edilib, səkilərin kənarlarına yeni səki daşı düzülüb.
 
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun asfaltlanması işlərinə start verilib və asfalt-beton örtüyünün alt layı artıq döşənib. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
 
Sonuncu mərhələdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu zəruri yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkilərək yol yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...