"Azərişıq" Füzuli və Ağdamla bağlı tenderə yekun vurdu - 18 milyon manat - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

"Azərişıq" Füzuli və Ağdamla bağlı tenderə yekun vurdu - 18 milyon manat

Cəmiyyət A- A A+
"Azərişıq" ASC Füzulidə Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, iki dövrəli kabel xəttinin çəkilməsi (1), eləcə də Ağdamda Transformator Məntəqəsinin tikintisi, avadanlıqların quraşdırılması və iki dövrəli kabel xəttinin çəkilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
 
Ednews dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Enerji Construction” və “Smart Energy Services” MMC-lərdir.
 
Qalib şirkətlərə 6,612 milyon manat və 11,638 milyon manat, ümumilikdə isə 18,249 milyon manat ödəniləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...