Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev Qazaxıstan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı referendumun monitorinqində iştirak edən MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər qrupunun koordinatoru təyin edilib.
Ednews xəbər verir ki, bu barədə bu gün MDB PA Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko sərəncam imzalayıb.
Qeyd edək ki, 2022-ci il mayın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Konstitusiyaya əlavə və dəyişikliklərin qəbulu ilə bağlı iyunun 5-də referendumun keçirilməsi haqqında fərman imzalayıb.