Azad edilmiş ərazilərdə aşkar edilən minaların sayını açıqlandı - FOTOLAR - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Azad edilmiş ərazilərdə aşkar edilən minaların sayını açıqlandı - FOTOLAR

Cəmiyyət A- A A+

Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayı ərzində 2 300 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

Bu barədə Ednews-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 18 600 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
 
Ümumilikdə 6 000 ədəddən artıq piyada əleyhinə, 2 100 ədəddən artıq tank əleyhinə və 9 400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
 
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...