Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən diplomatlar və korpusun nümayəndələri dünən Kəlbəcər rayonunda olublar. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da işğaldan azad edilən əraziyə səfər edib.
Ednews bu barədə səfirliyə istinadən məlumat yayıb.
"Səfir Mixail Boçarnikov Bakıda akkreditasiya olunmuş diplomatik korpusun tərkibində səfər etdiyi Kəlbəcərdən salam göndərir", - deyə səfirliyin məlumatında deyilir.
Xatırladaq ki, ermənilərə məxsus Telegram kanalları rus səfirinin Kəlbəcərdə çəkilən fotosunu paylaşaraq ironiyalı şərh yazıblar.