ƏƏSMN: Müharibə iştirakçılarının müraciəti qeydiyyata alınaraq araşdırılacaq - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

ƏƏSMN: Müharibə iştirakçılarının müraciəti qeydiyyata alınaraq araşdırılacaq

Cəmiyyət A- A A+

Vətən müharibəsi iştirakçılarının müraciətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daim xüsusi qayğı və həssaslıqla yanaşılır.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a verilən xəbərə görə, bu gün müraciət edən bir qrup müharibə iştirakçısı da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən diqqətlə dinlənilib.

“Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək.

Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işləri davam etdirilir. Həmin hərbçilərdən artıq 3 mininə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib.

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir.

Onu da bildirək ki, müraciət edən müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı komputer avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da tədbirlər görüləcək. Əlavə məlumat gün ərzində veriləcək”, - qeyd olunub.

Xatırladaq ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) qəbul şöbəsində insident yaşanıb. Müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsinin giriş qapısını sındırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...