İyunun 5-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında ermənilər Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaradıblar.
Ednews xəbər verir ki, bu barədə video görüntülər “Publicazerbaijana” "Telegram" kanalında paylaşılıb.
Görüntülərə əsasən məsələyə Rusiya sülhməramlıları da müdaxilə edib. Hadisənin necə bitdiyi məlum deyil.