Cəzaçəkmə müəssisəsində insident xəbərinə - Rəsmi açıqlama - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Cəzaçəkmə müəssisəsində insident xəbərinə - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

“Bakıda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident baş verməyib”. 

Ednews xəbər verir ki, bunu Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib. 

O bildirib ki, yayılan məlumatlar yalandır. 

M.Sadıqov Trend-ə açıqlamasında deyib ki, hansısa sayt yalan məlumat yayıb: 

“Biz həmin sayt rəhbəri ilə əlaqə saxlamışıq. O deyir ki, guya hansısa məhkum ona belə bir məlumat verib. Amma bu tam yanlışdır. 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident olmayıb".
Qeyd edək ki, bu gün KİV-də Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində insident baş verməsi ilə bağlı iddialar yayılıb. İddialara görə, baş verən insident zamanı yaralananlar da olub. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...