Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub

Cəmiyyət A- A A+

Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub.

Ednews xəbər verir ki, yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovusması və "Şuşa ili" ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.

Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.

Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.

Mükafat bu gün final yarışından sonra qaliblərə veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...