"Azərbaycanda aviasiya haqqında qanununun işlənilməsi tamamlanıb və burada hətta dronların qeydiyyatı ilə bağlı qaydalar var".
Ednews xəbər verir ki, bunu nazir Rəşad Nəbiyev innovasiya ekosistemi nümayəndələri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, aviasiya haqqında qanun qəbul edilən kimi, dronların qeydiyyatı elektronlaşdırılacaq.
"Dronların qeydiyyatı ilə bağlı qaydalar var. Burada dronların elektron şəkildə qeydiyyatından söhbət gedir. Burada kifayət qədər mütərəqqi yanaşma mövcuddur",- deyə nazir qeyd edib.