“Azad qadın” heykəlindəki xanım əslində kimdir?

Cəmiyyət 16:23 14.06.2022
Bakı şəhərinin Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılan "Azad qadın" monumental heykəli 1960-cı ildə  heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb, memarı Mikayıl Hüseynovdur.
 
Heykəl, Cəfər Cabbarlının “Sevil” pyesindən ilhamlanılaraq hazırlanıb. Çadradan azad olma Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirakı təhsil alma və işləmə hüququnu ifadə edir.
 
1957-ci ildə Fuad Əbdürrəhmanov ilkin olaraq gipsdən hazırlanmış həmin əsərin tunc versiyasını işləyir. Bu heykəl “Azadlıq” adı ilə İncəsənət muzeyində sərgilənir. Muzeydə əsəri görən sənətkarlar onun şəhərin mərkəzi hissələrindən birində yüksəldilməsinin labüdlüyünü bildirirlər. Bundan sonra Fuad Əbdürrəhmanov heykəlin böyük versiyası üzərində işə başlayır və bu versiyada Azərbaycan qadınının müstəqilliyini daha qabarıq ifadə etməyə çalışır. 1959-cu ildə heykəl indiki Sankt-Peterburq şəhərində tuncdan tökülür və sonradan Azərbaycana gətirilərək ucaldılır.
 
Maraqlı fakt ondan ibarətdir ki, heykəlin prototipi Fuad Əbdürrəhmanovun həyat yoldaşı Xanım Əbdürrəhmanova (Rəhmanzadə) olub (X.Əbdürrəhmanova xalq rəssamı Maral Rəhmanzadənin bacısı idi).
 
Azərbaycanda çadraya qarşı mübarizə 1908-ci ildə Bakıda, liberal burjua tərəfdarları tərəfindən başlanılmışdı. Lakin, etirazlar xürafatçı din tərəfdarları tərəfindən basılmış və zadəganlar geri çəkilməyə məcbur olmuşlar. Onlar razılığa gəlirlər ki, zadəganlar çadraya qarşı etirazları dayandıracaqlar, bunun əvəzində dindarlar Avropa tipli geyinmiş xanımları təhqir etməyəcəklər.
 
Azərbaycanın SSRİ-nin tərkibinə qatılmasından sonra, qısa müddət ərzində Azərbaycan qadınının sosial statusu dəyişir. Onlar ictimaiyyət arasına çıxaraq işləməyə başlayırlar. Bütün bu dəyişiklər özünü həm də Azərbaycan qadınının geyimində göstərir. 1920-ci illərdə daha əvvəl basdırılmış çadra əlehinə etirazlar yenidən baş qaldırır. Həmin dövrdə çadradan və xürafatdan imtina edən qız və gəlinlər evlərindən qovulurdu. Qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri də Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Səriyyə Xəlilova idi. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. 1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar.
 
“Azad qadın” heykəli, həmin dövrdə Azərbaycanda hüquq və azadlıqları uğrunda mübarizə aparan qadınların qarşılaşdıqları çətinlik və haqsızlıqlara qarşı mübarizəni əks etdirir. Həmin dövrdə hündür pyedestal üzərində ucaldılmış çadrasını çıxaran gənc azərbaycanlı xanımın heykəli Azərbaycan və Şərq qadının sosial bərabərliyinin simvolu kimi təqdim edilmişdi.
 
Qeyd edək ki, hazırda “Azad qadın” heykəlinin ətrafında təmir işləri  aparılır, ərazi abadlaşdırılır.
 
Gülnar Səlimova
 
 
Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Harvard işçilərinin bir hissəsi ixtisar ediləcək
08:05 27.06.2025
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"
07:35 27.06.2025
Birinci xanım qeyri-qanuni miqrant elan edildi
07:02 27.06.2025
"Şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər
06:30 27.06.2025
Marsda insan üçün ən ideal yer tapıldı
06:05 27.06.2025
Yağın yanmasını sürətləndirən hormon kəşf olundu
05:32 27.06.2025
Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib
05:17 27.06.2025
ABŞ müdafiə büdcəsinin əsas hissəsi Çini cilovlamağa yönələcək
04:34 27.06.2025
Konqres Trampın Hərbi büdcə layihəsindən niyə narazıdır?
04:10 27.06.2025
Dünyanın ən dərin barı Londonda açılacaq
03:36 27.06.2025
"ABŞ Çinlə ticarət sazişi imzalayıb"
03:03 27.06.2025
Atakama Səhrasına qar yağıb
02:38 27.06.2025
İnsan beyninin əqli yorğunluğa necə reaksiya verdiyi bəlli olub
02:05 27.06.2025
İsveçrə buzlaqları əriyir
01:35 27.06.2025
Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Hamısı