Avropa Parlamenti deputatların adlarının hallandığı korrupsiya qalmaqallarında zərərçəkmiş tərəfdir və onun rəhbəri qurumun şərəfini müdafiə etmək niyyətindədir.
“EDnews” xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola Brüsseldə Avropa İttifaqı Şurasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Son bir neçə ay ərzində parlamentə hüquq-mühafizə orqanları tərəfindən istintaq üçün zəruri olan toxunulmazlıq hüququnun ləğvi ilə bağlı bir neçə sorğu daxil olub.
R.Metsola bildirib ki, Avropa Parlamenti deputatların hər hansı hüquq pozuntusuna yol verməsi barədə faktlar öz təsdiqini tapana qədər onların adlarının ictimaiyyətə açıqlanmaması üçün tədbirlər görəcək.
O, artıq ayrı-ayrı parlamentarilərin nüfuzunun əsassız şəkildə sarsıdılması hallarının baş verdiyini vurğulayıb.