Qubada "Milli Qurtuluş Günü" qeyd olunub.
Ednews xəbər verir ki, Qubada "Milli Qurtuluş Günü" bayramı qeyd yüksək təmtəraqla qeyd olunub.
Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev milli qurtuluşumuzu bizə bəxş edən Ümummilli lider Heydər Əliyevin bu millət üçün "Azadlıq" adlı məhfumun bəxş etməsində ilk addımlardan biri olduğunu bildirib.
"Azad və torpaqları işğal altında olmayan bir xalqın mənsubları kimi bu gün hamımız fəxr edirik. Torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandanımıza həmişə minnətdarıq", - deyə Ziyəddin Əliyev bildirib.
Aydın Adıgözəlov, Quba.