Vətəndaşlar Qarabağda bərpa işlərini necə qiymətləndirirlər? - SORĞU - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Vətəndaşlar Qarabağda bərpa işlərini necə qiymətləndirirlər? - SORĞU

Cəmiyyət A- A A+

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri respondentlərin 76,6%-nin gözləntilərini tam, 19,4%-nin isə əsasən doğruldur.

Ednews xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzi Böyük qayıdışa hazırlıq və quruculuq işləri barədə keçirdiyi rəy sorğusunda öz əksini tapıb.

Qeyd olunub ki, əks mövqedən çıxış edənlər cəmi 2,5%, mövqe bildirməkdə çətinlik çəkənlər isə 1,4% təşkil edib.

Həmçinin işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə respondentlərin 37,4%-i çox, 53,0%-i isə əsasən məlumatlıdır. 4,2% bu görülən işlər barədə əsasən məlumatsız olduğunu, 5,2% heç bir məlumatı olmadığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...