İşğaldan azad edilmiş ərazilərdə yekunlaşmaq üzrə olan layihələr - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

İşğaldan azad edilmiş ərazilərdə yekunlaşmaq üzrə olan layihələr

Cəmiyyət A- A A+

“İşğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına 2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun çəkilməsinin başa çatdırılması nəzərdə tutulur”.

Ednews xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Qeyd edək ki, dövlət büdcəsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsinə əlavə 1 milyard 447 milyon manat ayrılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...