BAMF-ın Yaponiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirdiyi layihənin açılış mərasimi keçirilib

Cəmiyyət 13:21 21.06.2022

Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Yaponiyanın Azərbaycandakı Səfirliyi arasında 9 mart 2022-ci il tarixində imzalanan “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

Ednews xəbər verir ki, BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində baş tutan açılışda BAMF prezidenti Umud Mirzəyev, Yaponiyanın Azərbaycandakı səfiri Vada Çunici, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi əvəzi Ramil Əzizov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış ediblər.

BAMF prezidenti Umud Mirzəyev isə qeyd edib ki, layihənin əsas məqsədi ANAMA-nın tapşırığı ilə fəaliyyət göstərən Fondun İcma Mina Aksiyası komandasını Tərtər rayonunda mina və partlamamış sursatların təmizlənməsi üçün 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinə töhfə verilməsidir.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandası 20 ildən artıqdır kı, Azərbaycan ərazilərində mina və partlamamış sursatların təmizlənməsi fəaliyyətini həyata keçirir. 2002-2022-ci illərdə ümumilikdə 156.261.899 kvadratmetr ərazi təmizlənib, 912 tank əleyhinə, 1326 piyada əleyhinə mina, 11.218 partlamamış hərbi sursat aşkar edilib. Açılış mərasimi keçirilən “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsi Yaponiya səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində BAMF-a ayrılmış sayca 3-cü yardım layihəsidir.

ANAMA-nın Əməliyyat şöbəsinin müdiri Ramil Əzizov təmsil olduğu qurumun fəaliyyətindən danışıb. O, bildirib ki, İcma Mina Aksiyası komandasının mina dedektoru, qoruyucu geyim dəsti və pikapla təmin edilməsi Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinə və Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək.

Yaponiyanın Azərbaycandakı səfiri Vada Çunici ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Qeyd edib ki, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində indiyədək 280-ə yaxın layihə həyata keçirilib. “Yaponiya özü də müharibədən keçmiş bir ölkədir. Yapon xalqı müharibədən sonra yenidən inkişaf etməyin nə qədər çətin olduğunu yaxşı anlayır. Odur ki, Azərbaycanın işğaldan azad olunan ərazilərinin inkişafı, bərpası və minalardan təmizlənməsi üçün Yaponiya hökuməti və şirkətləri öz dəstəklərini göstərməyə hazırdır” – deyə, Yaponiya səfiri bildirib.

Sonra tədbir iştirakçıları mina dedektorlarına, qoruyucu geyim dəstlərinə və “Mitsubişi” şirkətinin istehsalı olan pikap avtomobilinə baxış keçiriblər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı