“Azərişıq”ın sabiq əməkdaşlarına cinayət işi açıldı - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

“Azərişıq”ın sabiq əməkdaşlarına cinayət işi açıldı

Cəmiyyət A- A A+
“Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb.
 
Bu barədə Ednews-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
 
Bildiirlib ki, ASC-nin Mingəçevir Mərkəzi “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
 
Belə ki, aparılan istintaqla R.Abuşov və R.Rəhimov tərəfindən tamah məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayon sakininin fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdankənar işıq xəttinə qoşulma müəyyən edilsə də, bununla bağlı akt tərtib edilməməsi müqabilində vətəndaşdan rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
 
R.Abuşov və R. Rəhimova CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.
 
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...