İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir və xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir. Qeyd olunur ki, həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır.
“O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib”, - deyə qurumun məlumatında bildirilir.