“Astarada şəhərin geniş küçələrindən birinə Nuri Paşanın adı verilib”.
Ednews xəbər verir ki, bu məlumatı deputat Fazil mustafa Facebook hesabında paylaşıb. O, həmçinin qeyd edib ki, həmin küçənin görüntülərini Fazil Mustafaya həmkarı Rəşad Mahmudov göndərib.
“Millət vəkili həmkarım hörmətli Rəşad Mahmudov bu şəkli mənə göndərdi və xeyli sevindim. Azərbaycanın ən gözəl güşələrindən biri olan doğma Astarada şəhərin geniş küçələrindən birinə Nuri Paşanın adı verilib və müvafiq lövhə vurulub. Millətimizin xilaskarına vəfa borcunu yerinə yetirən Astaraya Salam olsun. İnşallah Bakı da Astaradan nümunə götürər”.
Qeyd edək ki, Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna hər vasitə ilə çalışan, fədakarlığını əsirgəməyən şəxslərdən olub.
Ləman Abbaslı