Qubada yol-nəqliyyat hadisəsi nəticəsində piyada xəsarət alıb.
Ednews xəbər verir ki, hadisə, H.Əliyev prospektində baş verib.
Əsədov Əmrah Fərhad oğlu idarə etdiyi VAZ 21099 markalı, 27BF887 dövlət nömrə nişanlı minik avtomobili ilə yaxınlıqdakı piyada keçidindən istifadə etməyən piyada qadın, 1959-cu il təvəllüdlü Babayeva Vəsilə Xəlil qızını vurub.
Hadisə törədən avtomobil yararsız vəziyyətə düşdüyündən yaralı həmin avtomobillə deyil, Təcili tibbi yardım avtomobili ilə Quba Regional Diaqnostika Mərkəzinə aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Nəsirov