Azərbaycanda daha 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Azərbaycanda daha 17 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ednews-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 793 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 240 nəfər müalicə olunaraq sağalıb, 9717 nəfər vəfat edib, aktiv xəstə sayı 149 nəfərdir.

Ölkədə son sutka ərzində 1928, hazırkı dövrədək isə 6 949 748 test aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...