Zərdabda 1 tondan çox çətənə məhv edildi - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Zərdabda 1 tondan çox çətənə məhv edildi

Cəmiyyət A- A A+

Zərdab Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ednews-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Kür çayının rayonun Bıçaqçı kəndi ərazisindən keçən hissəsinin sahilində hündürlüyü 120-180 sm., ümumi çəkisi 1 ton 124 kiloqram olan 1655 ədəd yabanı halda bitmiş çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...