Vəkil Elçin Qəmbərov 600 min manata yaxın dələduzluqda ittiham edilir.
Ednews xəbər verir ki, E.Qəmbərovun barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
E.Qəmbərov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. E.Qəmbərov Mərkəz Vəkil bürosunun rəhbəri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub.
Qeyd edək ki, Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanının vəsatəti əsasında E.Qəmbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.