Abşeron rayonu ərazisində vətəndaşa qarşı quldurluq edilib. Naməlum şəxslər vətəndaşa kəsici alətlə xəsarət yetirərək pulunu və mobil telefonunu quldurluq yolu ilə əlindən alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ednews-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Vəli Kərimov və Kənan Əhmədov tutularaq istintaqa təqdim edilib. Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vəli Kərimov və Kənan Əhmədovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.