İlan sancması zamanı nə etməli? Bunları bilmək vacibdir

Cəmiyyət 10:00 30.06.2022
Yay mövsümünün gəlişi ilə açıq sahələrdə tez-tez ilanlar müşahidə olunur. Bu isə insanları sürünənlərin hücumuna məruz qoyur və  ilansancmaların artmasına səbəb olur. 
 
İlansancmaları necə müşahidə olunur?
 
Qeyd edək ki, bu zaman həmin yerdə şişkinlik, qızartı və ağrı əmələ gəlir. Zəhər qana keçdikdə baş ağrısı, qusma, yüksək hərarət, ishal, ürək döyüntülərinin artması müşahidə olunur.  Zəhər ağır olduqda mədə-bağırsaq qan axması və iflic baş verə bilir.
 
İlan sancdığı yerdə iki dişin olması ilanın zəhərli, bir dişin olması isə zəhərsizliyinin əlamətidir.
 
Bu barədə Ednews-a AMEA-nın Zoologiya Institutunun elmi işçisi fəlsəfə doktoru Təvəkkül İsgəndərov məlumat verib. O, həmçinin qeyd edib ki,  ilanlar soyuqqanlı heyvanlardır.  
 
“İlanlar qış aylarında öz sığınacaqlarına çəkilib və yuxuya gedirlər. Hava şəraiti isti olduqda mart ayının sonları aprel ayının əvvəlləri öz sığınacaqlarından çıxmağa başıayırlar. Yaz ayları onların ən aktiv olduğu vaxtdır. Yemək axtarmaq və cütləşmək üçün öz yuvalarını tərk edirlər. Bu zaman da onlar çox aqressiv olurlar. İlanların Azərbaycanda 28 növü yayılıb. Ən çox aran və dağətəyi rayonlarda ilanlara rast gəlmək mümkündür”.
 
Mütəxəssis Azərbaycanda ən çox yayılan zəhərli ilan növünün levantin gürzəsi olduğunu bildirib. İlan sancmaları ilə bağlı olan müraciətlərin çoxu daməhz  levantin gürzəsindən olur. 
 
“Gürzələrin ölçüləri 1 metr ilə 90 santimetr arasında dəyişir. Yumurtadan çıxan gürzələr belə sancdıqda zəhərlənmə hadisəsi baş verir. Digər ilan növləri isə zərərsizdir. El arasında qızıl ilan adlandırılan qırmızı ilan da həmçinin  zəhərli deyil. İlanlar, onlara yaxın getmədikçə, insanlara toxunmurlar. Əgər hər hansısa ilanla rastlaşmısınızsa, ona toxunmamağı və onda aqresiyya yaradacaq hərəkətlər etməməyiniz məsləhətdir”.
 
 
Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki,  ən çox ilan sancması ilə bağlı müraciət aran və Kür çayı kənarı olan regionlardan olur. 
 
“Bu ilk ilan sancması ilə bağlı müraciət aprel ayında qeydə alınıb. Keçən ilə nisbətən bu il sancma halları artıb. Keçən il zərdablarla bağlı problemlərimiz var idi, hazırda bununla bağlı problemlər həll olunub. Həmçinin rayon xəstəxanaları və kiçik məntəqələrdə zərdabla təmin edilib”.
 
Bəs, ilansancması zamanı ilk yardım necə olmalıdır?
 
Həkim - pediatr Rasif Bağırov ilk növbədə ilan sancan yeri sıxmaq, sovurmağın qəti yolverilməz olduğunu bildirib. 
 
“Bu zaman xəstəni üfüqi vəziyyətdə saxlamaq lazımdır. Yaranı su ilə yumaq olar. İlan sancması zamanı yaranı yandırmaq, dərini kəsmək, turniket qoymaq olmaz. Dərhal təcili tibbi yardım çağırılmalıdır. Sancmadan 20 dəqiqə sonra heç bir zəhərlənmə halı müşahidə edilmirsə, demək ki, ilan zəhərli deyil”.
 
Həkim pediatr xəstə 20 - 30 dəqiqə içərisində xəstəxanaya çatdırıldıqda müdaxilə etmək mümkün olduğunu bildirib. 
 
“Xəstə panik ataq keçirib çox hərəkət etməyə başlayır bu zaman zəhər bütün bədənə yayılır. Bu da xəstənin vəziyyətini daha da pisləşdirir. İlan sancması zamanı digər orqanlarda da fəsadlar görə bilərik. Böyrəklər, mərkəzi sinir sistemi zədələnir. Bu zaman pasient xəstəxanada qalmalı və müalicəsini davam etdirməlidir. Bütün orqanlar müayinədən keçirilməlidir”.
 
Aliyə İlyas
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı