Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-2107" ilə toqquşub.
Qəza nəticəsində Samux rayonu, Sərkər kənd sakinləri Hümbətov Orxan, onun həyat yoldaşı Hümbətova Sona və onların 2 yaşlı övladları Hümbətov İbrahim dünyasını dəyişib.
Bundan başqa Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı da yol qəzasında dünyasını dəyişiblər.
Faktla bağlı araşdırmalar aparılır.