Bakıda məşhur şadlıq sarayı "Yeganə Palace" MMC icazə olmadan açıq məkanda reklam yerləşdirdiyinə görə cərimələnib.
Ednews xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) cərimə tətbiq edilib.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tələblərinin pozulmasına görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.