Sabah bəzi ərazilərdə qaz olmayacaq - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət A- A A+
Sabah Abşeron rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. 
 
Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, iyunun 08-də saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır. 
 
Təmir işləri aparılan müddətdə Abşeron rayonu ərazisində yerləşən Xırdalan şəhəri, Aşağı Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Qobu, Nübar, Müşfiqabad, 28 May, Ceyranbatan və Saray qəsəbələri, Müşviqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi və 21 iri həcmli sənaye qrup istehlakçılarının qaz təchizatında fasilə yaranacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...