Qurban ətini kəsərkən bu qaydalara riayət edin DİQQƏTLİ OLUN!

Cəmiyyət 10:00 09.07.2022
Bu gün dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edir. 
 
Bu bayramda imkanı olan müsəlmanlar qurbanlıq kəsərək onun bir hissəsini kasıblara paylayır.  
 
Eyni zamanda qurban ətinin kəsimi, paylanması, hazırlaması və istehlakı zamanı əməl edilməli olan qaydalar var. 
 
Bununla bağlı Ednews-a açıqlamasında qida texnoloqu Ağa Salamov bildirib ki, Qurban bayramında kəsilən ət xəstə və ya çox da körpə heyvan olmamalıdır. 
 
 
“Heyvan sanitar qaydalara uyğun kəsilməlidir. Bəzən yan-yana kəsilən beş-altı qoyunun qanı bir-birinə qarışdığını görürük, buna qəti yol vermək olmaz. Qurban ətləri su ilə təmin olunmuş yerlərdə, yuyulma şəraitinə uyğun kafel, metlax olan yerdə səliqəli bir şəkildə kəsilməli, dərisi soyulub doğranmalıdır. Doğrandıqdan sonra paylayarkən onu çox vaxt sellofanlara bükürlər, bu doğru deyil. Çünki bu zaman ət boğulur. Ət sellofana bükülərsə, maksimum 1 saat ərzində istifadə olunmalıdır”. 
 
A. Salamov bildirib ki, iribuynuzlu heyvanlar kəsimdən sonra 24-48 saat arasında +4 soyuducu temperaturunda dinləndirilməlidir. 
 
“Xırdabuynuzlular, yəni quzu, qoyun ən azı 12-24 saata qədər soyuducuda saxlandıqdan sonra istehlak olunmalıdır. Qurban əti kəsiləndən sonra Rigor mortis (ölüm sərtliyi) halına düşür. Həmin ət ölüm sərtliyi keçmədən, yəni kəsilən kimi yeyildiyi zaman insanda stress, həzmsizlik, ətin sərt olması halları baş verir. Ona görə kəsimdən sonra ət ən azı 12-24 saata qədər soyuducuda dinləndirdikdən sonra onu artıq kabab və ya digər formada bişirib yemək olar”.
 
Ekspertin sözlərinə görə, heyvan mənşəli qidalar, zülal mənbəyi olaraq, sağlamlığımız və metabolizmamız üçün çox önəmlidir. 
 
“Başda “B12” olmaqla “B kompleks” vitaminləri, dəmir, sink, seleniumu da qırmızı ət məhsullarından alırıq. Gündəlik zülal ehtiyacı hər kiloqrama 1 qramdır. Nəzərə alsaq ki, gündəlik zülala olan tələbatımızın içində digər zülallı qidalar, yumurta, ağartı məhsulları və.s qidalarda var, o zaman zülal hesabından çıxmaq lazımdır. Məsələn 100 qram qırmızı ətdə 28 qr zülal var”.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz, sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcəyi bildirilib. Onlardan 61-də qurbanlıq heyvanların həm kəsimi, həm də satışı, 54-də yalnız satışı, 19-da isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
 
Həmin ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları //afsa.gov.az/uploads/satish_2022.pdf linkə daxil olmaqla əldə etmək olar.
 
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda göstərilən xidmətlərdən yararlana bilərlər.
 
Qurbanlıq heyvanı neçəyə əldə edə bilərik?
 
Hazırda bazarda diri çəkidə qoyunun 1 kiloqramının qiyməti 6.90-7.50 manat arasında dəyişir. Təqribən 30 kiloqram gələn qoyunun minimum 15 kilo təmiz ətinin olduğu bildirilir. Belə olan halda, 30 kiloqramlıq bir qoyunun qiyməti təqribən 207-225 manatdır. Lakin xalis ət almaq istəyənlər isə bunun üçün hər kiloqrama görə 14-15 manat ödəməlidir.
 
Gülnar Səlimova
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Hamısı