Azərbaycanda daha bir neçə məhkum həbsxanada ölüb.
Ednews lent.az-a istinadən xəbər verir ki, ölüm halları Penitensiar Xidmətin Bakı şəhərində yerləşən həbsxanalarında qeydə alınıb.
Ölən məhkumların adları belədir: Əlisəfa Əliyar oğlu Yusubov, Təvəkkül Mail oğlu Məmmədov və 31 yaşlı Bəhruz Radik oğlu Nurullayev ölüblər.