Qurban bayramı günlərində Baş DYP İdarəsi tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib.
Ednews xəbər verir ki, tədbir zamanı sürət həddinə riayət olunması, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmamaları, manevretmə qaydalarını kobud şəkildə pozmamaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçmələri və ən çox da yuxulu, yaxud yorğun halda avtomobil idarə etməmələri sürücülərin diqqətinə çatdırılıb.
Tədbirdə sürücülərlə yanaşı avtomobillərdə olan uşaqlarla da söhbət aparılıb. Onlara Baş DYP İdarəsi tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.
Uşaqlar şərti yol polisləri elan edilərək onlara valideynlərə nəzarət etmək, yollarda qayda pozduqları zaman xəbərdarlıq etmək tövsiyə olunub.