Rusiyanın “UTair” aviaşirkəti Moskvadan Gəncə şəhərinə həftənin çərşənbə axşamı və şənbə günləri əlavə reyslər açıb.
Ednews “İnterfax”a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, bu marşrut ilə reyslərin sayı 3-dən 5-dək artırılıb. Qeyd edək ki, əvvəl aviaşirkət bu istiqamətdə həftənin bazar ertəsi, cümə axşamı və bazar günləri uçuşlar yerinə yetirib.