Şəhid ailələri, müharibə əlilləri və qazilərə qayğı azərbaycançılıq ideologiyasının təzahüri kimi...

Cəmiyyət 15:00 27.07.2022

Məlum olduğu kimi, azərbaycançılıq ideologiyasının təməl sütunlarından biri də vətənpərvərlikdir. Vətəni sevmək, onun inkişafına, təhlükəsizliyinə və rifahına töhfə vermək, ümumxalq marağı naminə şəxsi maraqlarından imtina etmək bacarığı azərbaycançılıq ideologiyasının diktə etdiyi əsas prinsiplərdən birini təşkil edir. Heç şübhəsiz, vətənə xidmətin əsas göstəricilərindən biri də vətən uğrunda həlak olan şəhidlərin ailəsinə, müharibə əlilləri və qazilərə diqqət və qayğı göstərmək, onlarla həmrəylik sərgiləməkdir. Bu baxımdan ölkəmizdə istər qeyri-hökumət təşkilatları (QHT), istər dövlət qurumları, istərsə də vətəndaşlar arasında vəziyyət nəinki qənaətbəxş, hətta qürurvericidir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından xalqa xidmətin özünəməxsus nümunəsi...
 
Ednews moderator.az-a istinadən xəbər verir ki, QHT-lər arasında vətənpərvərlik təbliğatı, habelə şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə diqqət və qayğının yüksək səviyyədə olması Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının timsalında özünü xüsusilə aydın şəkildə büruzə verir.
 
 
Yarandığı gündən bugünə qədər şəhid ailələrinin, müharibə əlillərinin  və veteranların problemlərini diqqətdə saxlayan, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan, düşmənlə mübarizədə böyük şücaətlər göstərən qəhrəmanlarımızın təbliği istiqamətində mühüm layihələrə imza atan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, 44 günlük Vətən müharibəsində də aktivliyi ilə yadda qaldı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Təşkilatın sədri Fatma Səttarovaya 100 illik yubileyi münasibəti ilə ünvanladığı 24 yanvar 2022-ci il tarixli məktubda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Vətən müharibəsi dönəmindəki fəaliyyətini yüksək qiymətləndirərək demişdir:
 
“...Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır.
 
Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir”. (//president.az/az/articles/view/55295 ).
 
Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov istər müharibədən öncə, istər müharibə, istərsə də post-müharibə dönəmində yerli və xarici mətbuatda çoxsaylı çıxışlar etmiş, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılması, dünyanın erməni faşizminin vəhşiliklərindən xəbərdar olması, xalqımızın haqq işini dəstəkləməsi baxımından mühüm işlər görmüşdür. Xaricdəki soydaşlarımızın Azərbaycanın maraqları naminə səfərbər edilməsi, ölkəmizdəki xarici səfirliklərin Qarabağ həqiqətləri haqqında məlumatlandırılması, anti-milli və təxribatçı qüvvələrin qazilərdən şəxsi ambisiyaları naminə istifadə cəhdlərinin qarşısının alınması və s. kimi məsələlərdə polkovnik Cəlil Xəlilovun müsahibələri, apardığı təbliğati iş maarifləndirici faktor kimi böyük əhəmiyyət kəsb etmişdir.
 

Şübhəsiz, ümumilikdə QHT sektorunun azərbaycançılıq ideologiyasının təbliği, milli maraqların müdafiəsindəki aktivliyində Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, o cümlədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın əməyinin mühüm rol oynadığı birmənalıdır. Onu da qeyd edək ki, həm Vüsal Quliyev, həm də Aygün Əliyeva sadəcə paytaxt və ətraf rayonlarda deyil, ucqarlardakı QHT-lərin fəaliyyətinin stimullaşdırılması, onların səmərəli və optimal fəaliyyətinin təmin edilməsi istiqamətində də ardıcıl və koordinasiyalı fəaliyyət ortaya qoymaqda, respublikanın müxtəlif rayon və şəhərlərində QHT-lərin iştirakı ilə şəhid ailələri, müharibə əlilləri və qazilərə həsr edilən tədbirlər, forum və konfranslar keçirməkdədir. Hansı ki, bütün bu tədbirlər bölgələrdə insanların maariflənməsi, milli maraqlar ətrafında səfərbər edilməsi, problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından son dərəcədə əhəmiyyətlidir.

Dövlətin yerlərdəki təmsilçiləri: İcra hakimiyyətləri şəhid ailələri və qazilərin xidmətində...
 
 
Şəhid ailələri, müharibə əlilləri və qazilərə qayğı Prezident İlham Əliyevin hər kəs, eləcə də icra hakimiyyətləri qarşısında qoyduğu ən ümdə vəzifələrdən biridir. Sevindiricidir ki, bu gün media və sosial mediada yer alan məlumatlar ölkəmzidəki icra hakimiyyətlərinin böyük əksəriyyətinin Prezidentin tapşırıqlarını vicdanla yerinə yetirdiyini, şəhid ailələrinin, qazilərin problemlərinə son dərəcədə həssaslıqla yanaşdığını göstərir. Bu baxımdan Şirvan Şəhər İcra Hakimiyyəti ilə Səbail Rayon İcra Hakimiyyətinin fəaliyyəti xüsusilə diqqətəlayiqdir.
 
Təkcə bir faktı qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təkca cari ilin iyun ayı ərzində 4 səyyar göğrüş keçirilmiş, bu görüşlərin hər birində vətəndaşların, xüsusilə də həssas kateqoriyaya aid olan şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin müraciətləri dinlənmiş, onların qaldırdığı məsələlərin həlli istqiamətində çevik addımlar atılmışdır. 1 iyun 2022-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ilə şəhid ailələri arasında ayrıca görüş keçirilmişdir. (//azertag.az/xeber/Sirvanda_sehid_aileleri_ile_gorus_teskil_olunub-2199908?fbclid=IwAR09RlS3QuWzabOEEdRIw23zlDPr5iuZEZ775cPrR-VIj6WOgiCOpprT8QI ). Görüşdə dövlətimizin şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısı qeyd edilməklə yanaşı, qarşıya çıxan çətinliklərin həlli ilə bağlı da icra başçısı tərəfindən əlaqədar qurumların rəhbərlərinə göstərişlər verilmişdir.
 
 
Səbail Rayon İcra Hakimiyyəti  tərəfindən də şəhid ailələri, müharibə əlilləri və qazilərə mütəmadi surətdə qayğı göstərilməkdə, onların qaldırdığı hər bir məsələyə operativ reaksiya verilməkdədir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və digər səlahiyyətli şəxslər tərəfindən şəhid ailələri evlərindəcə ziyarət olunmaqdadır. Artıq bəlli bir müddətdir ki,  bu cür ziyarətlər ənənə halını alıb. Nümunə üçünq eyd edək ki, 25 iyul 2022-ci il tarixində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Şükürlü Nicat  Ayaz oğlunun ailə üzvlərinə baş çəkmiş, şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Nicat Şükürlünün əziz xatirəsinə quraşdırılan barelyefi ehtiramla ziyarət etmişdilər. ( //sabail-ih.gov.az/az/news/nicat-sukurlunun-aile-uzvleri-ziyaret-olundu.html?fbclid=IwAR3-g7OE42JV4x81eWKL-TFZ7nd9WUy1aTkeEULYF_JkDHub4H3KJ9ekJ88)
 
Səbail Rayon İcra Hakimiyyəti  tərəfindən Badamdar qəsəbəsində “Şəhidlər” abidə kompleksində yenidənqurma işlərinə start verilmiş, vətənpərvərlşik təbliğatının gücləndirilməsi istiqamətində çoxsaylı işlər görülmüşdür.
 
 
Hər bir azərbaycanlının məsul olduğu vəzifə: Prezidentdən daha bir xatırlatma...
 
Heç kimə sirr deyil ki, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğı sadəcə QHT və dövlət qurumlarının deyil, kimliyindən, sosial statusundan və siyasi baxışından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur və hər kəs bu borcu layiqincə yerinə yetirməyə səy göstərməlidir. Təsadüfi deyil ki, bu həqiqət dövlət başçısı tərəfindən də zaman-zaman xatırlanmaqda, cəmiyyətin diqqətinə çatdırılmaqdadır. Prezident İlham Əliyev 25 iyul 2022-ci il tarixində Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən də bu gerçəyi bir daha yada salmış, şəhidlərə, qazilərə olan borcun tükənməz olduğunu vurğulamışdır:
 
“Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”. (//president.az/az/articles/view/56740 ).
 
Göründüyü kimi, dövlət başçısı şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğını hər bir kəsin borcu hesab edir, onları bu kateqoriyadan olan vətəndaşlarımıza arxa olmağa səsləyir. Bu səsləniş onu göstərir ki, Azərbaycan dövlət və xalq olaraq ana ideologiyasına – azərbaycançılıq ideologiyasına sadiqdir və bu ideologiyanın təbliği və inkişafında qərarlıdır.
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Putin Mişustinin Baş nazir təyin edilməsini TƏKLİF ETDİ
10:38 10.05.2024
Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ
10:30 10.05.2024
Mayın 12-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
10:25 10.05.2024
Azərbaycan nefti BAHALAŞDI
10:17 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər –VİDEO
10:08 10.05.2024
Almaniyada şirkətlərin iflası artır
Almaniyada şirkətlərin iflası artır
10:05 10.05.2024
Məşhur fotoqraf: "Heydər Əliyev mənim həyatımı dəyişdi" - MÜSAHİBƏ - VİDEO
10:00 10.05.2024
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
Zelenski sui-qəsdə görə iki vəzifəlini həbs etdi
09:55 10.05.2024
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
09:45 10.05.2024
Baş nazir: “Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu günədək özünü doğruldur”
09:38 10.05.2024
Azərbaycan XİN-dən Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı PAYLAŞIM
09:30 10.05.2024
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
09:26 10.05.2024
İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Hamısı