“Ermənilər öz vəhşilikləri ilə hansı mədəniyyətə sahib olduqlarını nümayiş etdirdilər” Alban-udin xristian icmasının SƏDRİ

Cəmiyyət 17:00 29.07.2022
“Çar Rusiyası Azərbaycanı işğal edənə qədər bu ərazilərdə mövcud olan Alban kilsələrinin öz müstəqil metropoliyası – statusu var idi”.
 
Bu sözləri Qəbələdə etnik Udinlərin kompakt şəkildə yaşadığı Nic kəndində yerləşən “Alban-udin xristian icması”nın sədri Robert Mobili Ednews-a açıqlaması zamanı deyib. 
 
Çar Rusiya ordusunun Azərbaycana gətirdiyi fəsadlardan danışan Robert Mobilinin sözlərinə görə, işğaldan müəyyən illər keçdikdən sonra çar I Nikolay tərəfindən albanların kilsə icmaları erməni katolikosluğun tabeçiliyinə verildi. 
 
“Çar Nikolayın 1836-ci ildə Rusiyada fəaliyyət göstərən erməni-Qriqonyan kilsələrinin müqəddaratı ilə bağlı fərmanına əsasən Azərbaycanda albanların dini məbədləri birbaşa erməni kilsəsinin yeparxiyasının nəzarəti altına keçməyə başladı. Bu da Alban kilsəsinin metropoliyasının ləğvinə gətirib çıxardı”. 
 
Udinlərə məxsus kilsələrin Alban xristian mədəniyyətinin bir parçası olduğunu deyən dini icmanın rəhbəri qeyd edib ki, Azərbaycanda vaxtı ilə müstəqil fəaliyyət göstərən Alban Apostopol kilsəsi özünə məxsus avtokefallığa (digər yerli kilsələrdən inzibati müstəqilliyi nəzərdə tutan yerli kilsə statusu) malik idi.
 
“Bizim kilsə nə Konstantinopoldan, nə erməni katolikosluğundan, nə də gürcü kilsəsindən asılı olub. Şərqdə bir çox kilsələr daxil olmaqla Alban kilsələri də öz qədim xristian mədəni xüsusiyyətləri ilə seçilib”. 
 
R. Mobili bir çoxlarına hələ də müəmmalı olan tarixi Alban əlifbasının mövcudluğundan, Alban xristian mədəniyyəti irsinin itib-batmasının səbəblərindən söz açarkən bu sözləri deyib: 
 
“Qafqaz, xüsusilə Azərbaycanın özü VII əsrdə Ərəb xilafəti ordusu tərəfindən zəbt edildikdən sonra bu torpaqlarda yaşayan alban, o cümlədən digər kiçik tayfalar da islam dinini qəbul edərək müsəlman oldular. Artıq bununla bu region islam hökmranlığı dövrünə qədəm qoymuş oldu. Qeyd edim ki, ərəb ordusunun hücumları nəticəsində düzənlik ərazilər - Bərdə, Tərtər və digər yerlərdə alban məbədləri dağıntılara məruz qaldı, lakin bu coğrafiyanın dağlıq hissələrində yerləşən kilsələrə toxunulmadı. Nəzərə almaq lazımdır ki, Qarabağın dağlıq ərazilərində Alban kilsələrinin binaları 600-700 il boş qaldı, onlar uzun illər boyu istifadə edilmədi. Udinlərin yalnız bir hissəsi öz mədəni və dini irsini qoruyub saxlamağı bacardı”. 
 
Rusiya imperiyası tərəfindən İran və Osmanlı ermənilərinin Qarabağ və Zəngəzurda məskunlaşdırılmasına toxunan R.Mobili həmin dövrdə Qarabağda Alban kilsələrinin artıq ermənilərin tabeçiliyinə keçdiyinə görə, alban icmalarının müəyyən hissəsinin ermənilərin içərisində əriyib yox olmaması üçün başqa ərazilərə köç etmək məcburiyyətində olduqlarını da bildirib. 
 
“Qarabağda dırnaqarası erməni məlikləri əslində albanlara məxsus xristian icmaları idi. Həmin məliklərin əhalisinin bir hissəsi islamı dini qəbul edib, digərləri isə xristian olaraq qalırdılar.  Məsələn, Xocəvəndin Tuğ kəndində vaxtı ilə müsəlmanlar və xristianlar birlikdə yaşayırdılar, onların hər ikisinin kökləri albanlarla bağlıdır. Həmçinin bunu da əlavə edim ki, Şəki xanlığının banisi Hacı Çələbinin ata-balaları alban Qarqeçenin oğulları idi. Eləcə də Ağqoyunlu dövlətinin banisi Uzun Həsən də albanlarla eyni kökü paylaşır”. 
 
Udin icmasının rəhbəri, həmçinin ölkəmizdə udinlərə qarşı xoş və müsbət münasibəti yüksək qiymətləndirərək Azərbaycanı Albaniyanın varisi hesab edib. 
 
“Azərbaycan və onun xalqı alban mədəni irsinə sahib çıxırlar. Ölkə bu kimi mədəni məsələlərə həm elmi, həm də dini cəhətdən çox ciddi yanaşır, bunu heç vaxt inkar etmək olmaz. Lakin eyni zamanda hesab edirəm ki, Azərbaycanda Alban kilsəsinin statusunun bərqərar olunması üçün müəyyən tədbirlər görülməli, alban məbədlərinin doğmalaşdırılması istiqamətində önəmli addımların atılmalıdır. Eləcə də erməni təbliğatına qarşı güclü mübarizə aparmaqdan ötrü elmi potensiala malik ola biləcək “Albaniyaşünaslıq” institutunun əsasının qoyulması daha da təqdirəlayiq olardı. Bir çox erməni tarixçiləri ilə mübahisələr apardığım zaman onlar deyirdilər ki, guya Albaniya Böyük Ermənistanın bir hissəsi olub. Ermənilər bu kimi xülyalardan əl çəkmək istəmirlər. Azərbaycanda albanların zəngin irsinə aid olan kilsələrə mütləq qayğı göstərilməli, sahib durulmalıdır”. 
 
Sonda R.Mobili Azərbaycan ordusu tərəfindən azad edilən torpaqlarda erməni işğalçılarının son otuz il ərzində islam və alban mədəniyyətinə qarşı törətdikləri vandalizm barədə də söz açıb.
 
“Etiraf edim ki, mən o torpaqlara 20 dəfədən çox səfər etmişəm. Erməni işğalçıları Qarabağda islam dininə məxsus bütün tarixi abidələri və dini məbədləri dağıdıblar, azərbaycanlılara məxsus mədəni irsi məhv ediblər. O cümlədən, həmin ərazilərdə Alban kilsələri də acınacaqlı vəziyyətdə idi. Alban kilsələrin hamısı erməniləşdirilib, bəzisində, hətta ermənilər heyvan saxlayıblar. Ermənilər hesab edirlər ki, guya onlar təmiz xristiandırlar, amma bu belə deyil, onlar öz vəhşilikləri ilə hansı mədəniyyətə sahib olduqlarını nümayiş etdirdilər”.
 
Yunis Abdullayev
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı