"Ermənistan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və onun qarşılıqlı tanınması əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etsə də, qəbul edilmiş dövlət büdcəsində Qarabağın bərpasına yönəlmiş fəaliyyət nəzərdə tutulur".
Ednews xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev öz paylaşımında bildirib. O, bu barədə "twitter" hesabında yazıb.
Fərid Şəfiyev həmçinin "Yaxşı, sülhdən kim qorxur?"-deyə sual da ünvanlayıb.