Avqustun 8-dən məktəbəhazırlıq qrupları üçün Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə start verilir.
Bu barədə Ednews-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb seçiminə isə avqustun 11-dən başlanılır.
Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib.
Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.